• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

SİYASƏT

15 Sentyabr 2021 | 19:09 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Həmçinin, görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026