• Bakı 19° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edilib

CƏMİYYƏT

20 Sentyabr 2024 | 17:46

Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiya edilib

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bakıvaxtı.az Baş Prokurorluğa istinadla xəbər verir ki, Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024