• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycana qaytarılan dörd kənddə kütləvi şəkildə minalar aşkarlanıb

GÜNDƏM

20 Avqust 2024 | 11:22

Azərbaycana qaytarılan dörd kənddə kütləvi şəkildə minalar aşkarlanıb

İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb:

"Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026