Artıq bununla bağlı Səhiyyə Nazirliyi müvafiq işlərə start verib.
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, Respublika QİÇS-lə mübarizə Mərkəzi üçün İİV infeksiyasının profilaktikası məqsədilə “Zərərin Azaldılması” layihəsi benefisiarları arasında təchiz edilən “aşağı ölüzonası” olan şprislər satın alınacaq.
Nazirlik sözügedən məhsullara 732 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.