• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Baş redaktorun “Facebook” hesabı oğurlandı

CƏMİYYƏT

10 Mart 2025 | 14:55 | Müəllif: Qalib İbrahimoğlu

Baş redaktorun “Facebook” hesabı oğurlandı

​​​​​​​“Reytinq” qəzetinin baş redaktor Afiq Mirzəbəylinin “Facebook”dakı şəxsi profili hakerlər tərəfindən oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a onun özü məlumat verib.

Baş redaktor bildirib ki, kibercinayətkarlar profil üzərindən idarə olunun və “Reytinq” onlayn qəzetinə (Reyting.az) məxsus səhifəni və A.Y.Media qrupunu da ələ keçiriblər.

Afiq Mirzəbəylinin sözlərinə görə, şəxsi profilini, səhifəni və qrupu geri qaytarmaq cəhdləri hələ ki, nəticə vermir.

O, ələ keçirilmiş profildəki paylaşımlara məsuliyyət daşımadığını deyib və yarana biləcək narahatlığa görə virtual aləmdəki dostlarına üzrxahqlıq edib.

O, kibercinayətkarlıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026