• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib

CƏMİYYƏT

09 Aprel 2025 | 12:41

Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib

Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova məlumat verib.

O qeyd edib ki, hər iki məktəbli Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:

"Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tətbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil".

Xatırladaq ki, Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə əlaqədar onun anası və digər dörd nəfər həbs edilib.


SON XƏBƏRLƏR