• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var"- Dövlət Agentliyi

CƏMİYYƏT

22 Noyabr 2023 | 12:09

"Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var"- Dövlət Agentliyi

Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan həkim-oftalmoloq, 8900 manat alan həkim-mama ginekoloq, 6 750 manat alan həkim radioloq var.

Bakıvaxtı.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.

O bildirib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində isə (sabit əlavə və bonus) 5 dəfədən 50 dəfəyədək artım olub./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR