• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda AĞIR QƏZA - Yaralılardan biri öldü - YENİLƏNİB

HADİSƏ

18 Noyabr 2023 | 23:50 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda AĞIR QƏZA - Yaralılardan biri öldü - YENİLƏNİB

Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, rayonun Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

-------

19:52

Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi cinsi, 9-u qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Xəbərə görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.

 

19:04

Salyanda yol qəzası baş verib.

Bakıvaxtı.az bildirir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı "ASAN xidmət"in əməkdaşları olduğu bildirilir.

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026