• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda bu şəxslər də əlillik ala biləcək

CƏMİYYƏT

11 Yanvar 2022 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda bu şəxslər də əlillik ala biləcək

"“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra daha çox insan əlillik ala biləcək".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, dəyişikliklər qüvvəyə mindikdən sonra 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.

“İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq. Əvvəllər xəstəliyinə görə əlillik ala bilməyənlər dəyişikliklərdən sonra əlillik almaq imkanı qazanacaq”, - deyə M.Quliyev bildirib.

Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Qeyd edək ki, dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026