• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda iki bələdiyyə sədri cərimələndi

CƏMİYYƏT

13 Aprel 2023 | 10:23

Azərbaycanda iki bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, aprelin 11-də Yardımlı rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində barəsində protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026