• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda iki nəfər quduzluqdan öldü

CƏMİYYƏT

28 Sentyabr 2023 | 11:06

Azərbaycanda iki nəfər quduzluqdan öldü

Bu ilin 8 ayı ərzində ölkə üzrə 29 334 nəfər heyvan dişləməsi, cırmaqlaması, tüpürcəkləməsinə məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Hadisələrdən 7 034-ü Bakıda baş verib.

Qeyd olunub ki, həmin şəxslərdən 13 554-ü (Bakı şəhəri üzrə 2389 nəfər ) məlum it, 9 411-i (Bakı şəhəri üzrə 2060 nəfər ) naməlum it, 5228-i (Bakı şəhəri üzrə 2307 nəfər ) pişik, 446-sı (Bakı şəhəri üzrə 150 nəfər ) siçovul, 695-i (Bakı şəhəri üzrə 128 nəfər ) isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.

Mərkəzdən bildirilib ki, ölkə üzrə 2 quduzluq hadisəsi qeydə alınıb və hər iki hadisə ölümlə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026