• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda ilk Sığorta Festivalı Zaqatalada davam edir

İQTİSADİYYAT

04 Sentyabr 2023 | 14:56

Azərbaycanda ilk Sığorta Festivalı Zaqatalada davam edir

“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı” bu dəfə Zaqatalada təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir müddətində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular həyata keçirilib. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib.

Festivalın növbəti tədbiri 3 sentyabr tarixdə saat 18:00-dan 21:00-dək Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR