• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda keçiriləcək U-17 Liqasında 870 cüdoçu mübarizə aparacaq

İDMAN

17 Aprel 2025 | 14:17

Azərbaycanda keçiriləcək U-17 Liqasında 870 cüdoçu mübarizə aparacaq

Azərbaycanda keçiriləcək 17 yaşadək yeniyetmələr arasında liqa yarışında 16 çəki dərəcəsində 870 cüdoçu (690 oğlan, 180 qız) mübarizə aparacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 101 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 21-22-də gerçəkləşəcək.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025