• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda kompüter istehsalı ARTIB

CƏMİYYƏT

20 Mart 2023 | 16:57

Azərbaycanda kompüter istehsalı ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 30,6 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 25,8 %, kompüter, elektron və optik məhsulların istehsalı isə 4,9 % artıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölçmə cihazlarının istehsalı 4,6 dəfə, elektrik tənzimləyici cihazların istehsalı isə 62,7 % artıb.

Bu ilin 2 ayında 399 ədəd stolüstü kompüter (4,2 % çox), 71,6 min ədəd ölçmə cihazları (4,6 dəfə çox), 61 ədəd güc transformatorları (48,7 % az), 2 247 ədəd elektrik tənzimləyici cihazları (62,7 % çox), 1 417,6 ton digər elektrik naqilləri (6,1 % çox), 206 məişət soyuducuları və dondurucuları (12,6 % çox) istehsal edilib.


SON XƏBƏRLƏR

25 Aprel 2024