• Bakı 23° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Azərbaycanda maliyyə axını ARTDI

İQTİSADİYYAT

10 Oktyabr 2023 | 10:18

Azərbaycanda maliyyə axını ARTDI

Bu ilin III rübündə Azərbaycanda maliyyə axını 36,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çoxdur.

Bakıvaxtı.az  bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin III rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,6 %), tikinti (14,9 %) və topdan və pərakəndə ticarət (13,6%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (2,4 milyard manat artım) və tikinti (2 milyard manat artım) olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026