• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərkəzi Bank vergidən azad edilir

İQTİSADİYYAT

06 Noyabr 2023 | 16:50

Mərkəzi Bank vergidən azad edilir

Azərbaycan Mərkəzi Bankı (AMB) qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bir sıra xidmətlərə görə vergi ödəməkdən azad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin xidmətlər xəzinə avadanlıqlarına texniki xidmət, pul nişanlarının istehsalı, daşınması, sazlanması, sığortalanması və istehsalının auditinin keçirilməsi, ekspertizası, beynəlxalq qızıl valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi ilə bağlı xidmətlər, informasiya sistemləri üzrə dəstəkləmə xidmətləri, habelə qurumun məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar məsləhət xidmətləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026