Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusun "Omicron" ştamı aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Bu virus aparılan tədqiqatların nəticələrinə görə, sürətlə yayılır. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.
Azərbaycanda "Omicron"a yoluxanlara görə karantin rejimi sərtləşdiriləcək?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir müddət öncə koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu.
"Hətta o zaman dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və geniş miqyaslı qapanma qərarları verilmədi. Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb.
Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil", - deyə deputat bildirib.
Ramid İbrahimov








jpg-1644394727.webp)

jpg-1644305921.webp)





