• Bakı 15° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Azərbaycanda pendir və kəsmik istehsalı cüzi azalıb

İQTİSADİYYAT

21 Mart 2025 | 18:13

Azərbaycanda pendir və kəsmik istehsalı cüzi azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 min 513,2 ton qaymaq və xama istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 % azdır.

2 ayda ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 1 % azalaraq 8 min 679,7 tona çatıb.

Hesabat dövrünə respublikada 0,1 ton qaymaq və xama ehtiyatı, 119 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, iki ayda Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 10,7 % çoxdur.


SON XƏBƏRLƏR

25 Aprel 2025