• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda polis əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var

HADİSƏ

12 Noyabr 2021 | 11:12

Azərbaycanda polis əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR