• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçdi

CƏMİYYƏT

28 Avqust 2021 | 16:11

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.


Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026