• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

III kurs tələbəsinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB

HADİSƏ

16 Iyul 2024 | 13:42

III kurs tələbəsinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin meyiti dənizdən tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "oxu.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Qeyd olunub ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

11:07

Azərbaycanda III kurs tələbəsi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Cəbrayılov İmran Əli oğlun faciəvi şəkildə dünyasını dəyişib.

O, Universitetin “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı.

Allah rəhmət eləsin!


III kurs tələbəsinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026