• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanda vaksin qıtlığı yoxdur" - Komitə sədri

CƏMİYYƏT

04 May 2021 | 13:08

"Azərbaycanda vaksin qıtlığı yoxdur" - Komitə sədri

Azərbaycanda vaksin qıtlığı yoxdur, eyni zamanda ölkəmizə daha iki yeni vaksin növü gətirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri qeyd edib ki, Rusiya kimi vaksin istehsal edən bir sıra ölkələrdə peyvənd olunanların sayı Azərbaycandan iki dəfə azdır: “Artıq ölkəmizə gətirilən yeni vaksinlərdən də istfadə olunacaq. Azərbaycanda vaksin qıtlığı yoxdur”.

Ə.Əmiraslanov əlavə edib ki, Azərbaycanda vaksin olunanların gündəlik sayı təxminən 15 mindir.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026