• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTIB

İQTİSADİYYAT

12 Aprel 2023 | 16:07

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTIB

Bu il aprelin 1-nə Azərbaycanda 1 430 739 vergi ödəyicisi uçotda olub.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 4,5 %, hüquqi şəxslərin sayı isə 9,9 % artıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,3 %-i səhmdar cəmiyyəti, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. İndiyə qədər 164 645 kommersiya qurumu, 20 937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026