• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTIB

İQTİSADİYYAT

15 Yanvar 2025 | 12:35

Azərbaycanda vergi ödəyicilərinin sayı ARTIB

Bu il yanvarın 1-nə Azərbaycanda 1 597 229 vergi ödəyicisi olub.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxs və digər təşkilatlardır. 1 il əvvələ nisbətən fiziki şəxslərin sayı 5,1 %, hüquqi şəxslərin sayı 7,3 % artıb.

Bu il yanvarın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190 367 vahid təşkil edib ki, bu da illik müqayisədə 8 % çoxdur.

Ötən il 14 441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 %-i elektron qaydada, 16,6 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.


SON XƏBƏRLƏR