• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Azərbaycanda yaşıl enerji istehsalı artıb

İQTİSADİYYAT

13 Sentyabr 2024 | 14:39

Azərbaycanda yaşıl enerji istehsalı artıb

Cari ilin ötən 8 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 235,4 milyon kVt/saat olub.

Energetika Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə 8 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 16 463,6 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 138,4 milyon kVt/saat, digər mənbələr üzrə isə 633,4 milyon kVt/saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kVt/saat, günəş elektrik stansiyalarında 424,3 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 milyon kVt/saat) nisbətən 1 240,7 milyon kVt/saat artaraq 2 771,8 milyon kVt/saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 975,0 milyon kVt/saat (İES-lərdə 14 989,0 milyon kVt/saat, SES-lərdə 1 986,0 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 milyon kVt/saat (İES-lərdə 151,7 milyon kVt/saat, SES-lərdə 139,7 milyon kVt/saat, Günəş ES-də 43,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 897,4 milyon kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kVt/saat, idxalı isə 125,5 milyon kVt/saat olub.

Qeyd edək ki, cari ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 milyon kVt/saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 milyon kVt/saat, idxalı isə 13,4 milyon kVt/saat təşkil edib.


SON XƏBƏRLƏR