Azərbaycanda zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yeraltı təkan Quba stansiyasından 28 km şimal-şərqdə Xaçmaz ərazisində qeydə alınıb.
Saat 15.33-də qeydə alınan zəlzələnin maqnitudası 3.1, dərinliyi 6 km olub.
Yeraltı təkan hiss olunmayıb.
















