• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Əməkdar rəssam AZADLIĞA BURAXILDI - FOTO - YENİLƏNİB

HADİSƏ

30 Mart 2022 | 22:04

Əməkdar rəssam AZADLIĞA BURAXILDI - FOTO - YENİLƏNİB

Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib.

Onun sözlərinə görə, Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı verilmiş vəsatət təmin edilib.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

***

17:54

Azərbaycanın Əməkdar rəssamı həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verilib.

O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır.


Əməkdar rəssam AZADLIĞA BURAXILDI - FOTO - YENİLƏNİBƏməkdar rəssam AZADLIĞA BURAXILDI - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026