• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanın Niderlanddakı səfiri geri çağırıldı - YENİ TƏYİNAT

SİYASƏT

17 Oktyabr 2022 | 15:20

Azərbaycanın Niderlanddakı səfiri geri çağırıldı - YENİ TƏYİNAT

Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Prezident İlham Əliyev R.S.Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

***

Prezidentin digər Sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR