• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azad edilmiş ərazilərə bu qədər vəsait ayrılıb - MƏBLƏĞ

SİYASƏT

16 Noyabr 2022 | 12:08 | Müəllif: Qalib İbrahimoğlu

Azad edilmiş ərazilərə bu qədər vəsait ayrılıb - MƏBLƏĞ

"Vətən müharibəmizdə tarixi qələbəmizdən sonra quruculuq işlərinin həyata keçirilməsi üçün 3 il ərzində - 2021, 2022, 2023-cü illərdə 9.7 milyard manat vəsait ayrılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, Azərbaycan dövləti yeni və inamlı inkişaf səviyyəsinə çatıb: "Ali Baş Komandan, ordumuz, millətimiz Qarabağın azad edilməsi missiyasını uğurlar həyata keçirib. Bu milli həmrəylik icazə verir ki, maliyyəni "Böyük Qayıdış"ın həyata keçirilməsinə yönəldək".

Onun sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasın istəməyən düşmən tərəfinin götürdüyü öhədliklərdən yayınması, yenidən silahlanması müzəffər ordumuzun gücünün daha da artırılmasını zəruri edir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026