"Xəyanətkar yola düşmüş vətəndaşlarımız öz cəzasını alacaqlar".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Özünü İslam ölkəsi adlandıran İran Azərbaycan nə istəyir? Niyə İran hökümət üzvləri Azərbaycana qarşı əsassız iddialar qaldırır?" deyən deputat İranın Ermənistana hər zaman yardım etdiyini xatırladıb.
Onun sözlərinə görə, İranın bu hərəkəti neçə-neçə övladlarımızın şəhid olmasına səbəb oldu: "Bu övladlar da müsəlman idi. İran din qardaşlarının ölümünə, qətlinə səbəbkar olub".
"Məscidlərdə donuz saxlayanlara yardım edənlər özlərini necə “müsəlman” adlandırır?”, - deyə deputat əlavə edib.
Nuranə Daxilqızı
















