• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanın üç cüdoçusu Avropa çempionu oldu, biri bürünc medal qazandı

İDMAN

22 Iyun 2023 | 21:30 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanın üç cüdoçusu Avropa çempionu oldu, biri bürünc medal qazandı

Azərbaycanın qadın cüdoçusu Vüsalə Hacıyeva Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 48 kq-da yer alan idmançı finalda israilli Libi Bekkerə qalib gələrək birinci yeri tutub.

55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov Portuqaliyanın Odivelas şəhərində keçirilən yarışın finalında Serbiya təmsilçisi Marko Corjiç üzərində qələbə qazanıb.

Bundan başqa, 60 kq-da çıxış edən Məhəmməd Musayev həlledici qarşılaşmada macarıstanlı Sebastyen Kolları yenərək Avropa çempionu olub.

Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk günündə 4 qızıl və 1 bürünc medal əldə ediblər. Vüsalə Hacıyeva və Məhəmməd Musayevdən əlavə, Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) də qitə çempionu olub, 55 kq-da mübarizə aparan digər idmançı Əhməd Rüstəmov isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026