• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanla əməkdaşlıq Rusiya üçün çıxış yoludur

SİYASƏT

14 Oktyabr 2024 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanla əməkdaşlıq Rusiya üçün çıxış yoludur

"Bakı-Moskva arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını əminliklə deyə bilərik. Təbii ki, bu, bir sıra məqamlarla bağlıdır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, bu səbəblər Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın MDB məkanında daha da sıxışdırılması, bir çox çağırışlarla üzləşməsi və nəhayət Cənubi Qafqazda erməni məsələsinin kənara qoyulmasının zəruriliyini başa düşməsidir:

"Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlıq Rusiya üçün çıxış yoludur. Eyni zamanda görürük ki, Azərbaycan da bir sıra səbəblərdən Rusiya ilə əməkdaşlığını inkişaf etdirir. Təbii ki, rəsmi Bakı hər zaman qonşu dövlətlərlə münasibətləri yüksələn xətt üzrə inkişafında maraqlı olub. Qonşularla normal münasibətlər hər bir dövlətin milli maraqlarını təmin etmək üçün önəmlidir. Ancaq Qərb ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərini, paralel olaraq Ermənistanın dəstəklənməsi, silahlandırılmasını da nəzərə almaq lazımdır”.

Zaur Məmmədov: Artıq Bakı-Moskva arasında bizim istəmədiyimiz mövzular müzakirə predmetinə çevrilmir

Müsahibimiz qeyd edib ki, hazırda Qarabağa ermənilərin qayıtması məsələsi və Azərbaycanın anti-terror əməliyyatları hələ də müzakirə mövzusudur. Onun sözlərinə görə, bunlar ona gətirib çıxartdı ki, Azərbaycan həm Rusiya, həm də BRİKS-lə bağlı müəyyən qərarlar verməyə başladı:

“Şübhəsiz, hazırda Bakı-Moskva arasında "ermənilərin Qarabağa qayıtması", "ermənilərin hüquqları" məsələsi deyil, Zəngəzur dəhlizinin gələcəyi, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının gedişatı müzakirə olunmaqdadır. Artıq Bakı-Moskva arasında bizim istəmədiyimiz mövzular müzakirə predmetinə çevrilmir. Bu, Azərbaycan-Rusiya münasibətlərini, Azərbaycan-Qərb münasibətlərindən fərqləndirən əsas amildir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026