• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azərbaycanla - Ermənistan arasında ən qısa vaxtda..." - Çavuşoğlu

DÜNYA

14 Dekabr 2022 | 17:58

"Azərbaycanla - Ermənistan arasında ən qısa vaxtda..." - Çavuşoğlu

“Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə səmimidir. Ermənistan da səmimi addımlar atmalıdır. Ən qısa vaxtda sülh müqaviləsi imzalanmalıdır”.

Bakıvaxtı.az  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O, xüsusi nümayəndələr vasitəsilə Ankara və İrəvan arasında müzakirələrin davam etdiyini xatırladıb: “Etimad mühitinin formalaşması üçün hava məkanımızın açılması, karqo daşımaları ilə bağlı bəzi addımlar atılıb. Bundan sonra da hər kəs addım atmalıdır. Ermənistan da səmimi addım atmalıdır. Onlar bizim səmimi mövqeyimizə səmimi cavab verməlidirlər”.

Nazir söyləyib ki, region ölkələri Cənubi Qafqazdakı sülh və sabitlik üçün addımlar atılmalıdır: “Vacib olan budur. Türkiyə Azərbaycanla müttəfiqdir. Şuşa Bəyannaməsi ilə biz rəsmi müttəfiq olmuşuq. Bizim aramızda hərbi təlimlərin, əməkdaşlığın, ortaq təhsil proqramlarının həyata keçirilməsi kifayət qədər təbiidir. Bunlar kimsə üçün təhdid deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026