Gəncədə tanınan sahibkarlardan olan Arif Həsənov dünyasını dəyişib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, sahibkar uzunsürən xəstəlikdən həyatını itirib.
Məlumat üçün bildirək ki, A.Həsənov Gəncə şəhərində iri un və çörək istehsal edib. O, "Neon" adlı firmanın təsisçisi və direktoru olub.

















