Azercell Telekom şəbəkələrində 15 martdan etibarən 1 saatlıq internet paketinin qiyməti 0.40 qəpikdən 0.59 qəpiyə qalxıb.
Bu barədə Bakıvaxtı.az-a “Azercell Telekom” MMC-nin Mətbuat Xidməti məlumat verib.
"Xidmət keyfiyyətini yüksəltmək məqsədilə “Azercell Telekom” 15 mart tarixində yalnız məhdud sayda internet paketləri üçün qiymət artımını elan edib. Bu artım yalnız 1, 2 və 6 saatlıq limitsiz, həftəsonları limitsiz internet paketlərinə şamil olunur", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “Azercell” müxtəlif sayda günlük, aylıq internet paketləri də (Məsələn, Gəncol və Sərbəst) təklif edir ki, bu paketlərdən istifadə etməklə abunəçilər limitsiz və rahat şəkildə mobil internetdən yararlana bilərlər.