• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Azpetrol LTD” qanunu belə pozdu 

İQTİSADİYYAT

14 Noyabr 2022 | 16:18

“Azpetrol LTD” qanunu belə pozdu

Yanacaqdoldurma məntəqləri şəbəkəsi olan “Azpetrol LTD” MMC gömrük qaydalarını pozub.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Azpetrol LTD” barədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci maddəsi əsasında protokol tərib edərək işi Səbail Rayon Məhkəməsinə göndərib.

İXM-nin 485.1-ci maddəsində qeyd edilib ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026