• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azyaşlı uşaq anasının tanışı tərəfindən ÖLDÜRÜLDÜ

HADİSƏ

23 Avqust 2021 | 15:02

Azyaşlı uşaq anasının tanışı tərəfindən ÖLDÜRÜLDÜ

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılmışdır.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilmişdir ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov tərəfindən avqustun 13-ü döyülmüş, avqustun 15-də isə aldığı xəsarətlərdən ölmüşdür.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İkram Hüseynov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026