Bakının Səbail rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində Mərkəzi Nəbatat Bağının yaxınlığında qeydə alınıb. İki minik maşını toqquşub. Maşınlardan biri piyadanı vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 08:00 radələrində Səbail rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", məlumatda qeyd olunub./APA
Bakı 




