• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bağça və internat müəllimlərinin sertifikasiyası nəyi dəyişəcək?

CƏMİYYƏT

12 Iyun 2023 | 15:15 | Müəllif: Qalib İbrahimoğlu

Bağça və internat müəllimlərinin sertifikasiyası nəyi dəyişəcək?

"Cari ildə müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə baş tutacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, prosesə 8 500 müəllimin qoşulması gözlənilir.

Qeyd edək ki, bu dəfə bağça və internat müəllimlərinin sertifikatlaşdırılması gözlənilir.

Kamran Əsədov: Bəzi müəllimlərimiz öz üzərlərində işləmir, ixtisaslarını təkmilləşdirmirlər

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda 4432 ortaümum təhsil məktəbimizdə 150 min müəllim çalışır: “Həmçinin, 1693 uşaq bağçamızda, ümumilikdə 18 mindən çox təlim-tərbiyə ilə məşğul olan şəxslər var. Çox təəssüflər olsun ki, orta məktəblərdən fərqli olaraq uşaq bağçaları və körpələr evinə işə qəbulda şəffaf proses təşkil olunmur. 10 il ərzində bir dəfə də olsun uşaq bağçalarına işə qəbul hər hansı müsabiqə və ya müsahibə yolu ilə yox, birbaşa tabeçi qurumun razılığı əsasında həyata keçirilib. Uşaq bağçalarında çalışan təlim-tərbiyəçilərin bilik və bacarıqları ilə bağlı məlumatlı deyilik. Misal üçn, müqayisə edə bilərik ki, 2022-ci ildə Elm və Təhsil Nazirliyi ortaümum təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin ilkin sertifikasiyasını həyata keçirdi. Sertifikasiyada iştirak edən 11 min müəllimdən 2 min səkkiz yüzü müsabiqə şərtini minimum bal ilə belə ödəyə bilmirdi”.

Ekspert qeyd edib ki, sertifikasiya vacib və zəruridir: “Bu, çalışanların bilik və bacarıqlarını yoxlamaq, öyrənmək üçün çox aktual bir məsələdir. Təəssüf ki, bəzi müəllimlərimiz öz üzərlərində işləmir, ixtisaslarını təkmilləşdirmirlər. Ona görə də, mütəmadi olaraq sertifikasiyaya cəlb etmək lazımdır. Bizə savadlı müəllimlər lazımdır. Bəli, müəllimlərin əmək haqqı bizi qane etməyə bilər, amma bu o demək deyil ki, əmək haqqı aşağıdırsa, zəif müəllimlər uşaqlarımızın bilik əldə etməsinə maneə olmalıdır”.

Müsahibimiz qeyd edib ki, istər bağça, istərsə də internat məktəblərinin psixoloji durumu, bilik və bacarıqları yoxlanılmalıdır. Onun sözlərinə görə, yararlı müəllimlərlə müqavilə davam etdirilməli, digərlərinə bir il şans verilməlidir. Əgər bir il ərzində özlərini təkmilləşdirməsələr, onlarla bağlanılan müqaviləyə xitam verilməlidir.

Bunu çox yaxşı hal sahan ekspert hesab edir ki, sertifikasiyanı 5 ildən bir aparılırsa, 3 dəfədən sonra azad edilməməli, davamlı olmalıdər. “Müəllimlik fəaliyyətinin bütün dövrlərində sertifikasiya olmalıdır, bu, zəruridir”, - deyə Kamran Əsədov vurğulayıb.

Elşən Qafarov: Sertifikatlaşdırmanın məqsədi pedeqoji işçilərin peşə yararlığını müəyyən etməkdir

Təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bağça və internat müəllimlərinin sertifikatlaşması hələ 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda öz əksini tapmışdı: “Bunun nəticəsində 2022-ci ilə ortaümum məktəblərində müəllimlərin sertifikatlaşması prosesi baş tutdu. Bu, məktəbəqədər təhsil müəssisələrində bir qədər çətindir. Çünki orda çalışan, təqribən, 17 minə yaxın işçinin 6 mini ya bu ixtisasa uyğun deyil, ya da təhsili yoxdur. İstənilən halda, sertifikasiya labüddür. Düşünürəm ki, yaxın gələcəkdə bu prosesə başlanılacaq, bu da normaldır”.

Ekspertin sözlərinə görə. sertifikatlaşdırmanın məqsədi pedeqoji işçilərin peşə yararlığını müəyyə etməkdir: “Təhsil elə bir sahədir ki, burda ancaq peşəkarlar çalışa bilər. Mütəmadi olaraq təhsil verənlərin peşəkarlığınım yoxlanılması olmalıdır. Bu, çox müsbət haldır. Prosesin gecikməsi, müəyyən güzəştlərin olması yolverilməzdir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026