• Bakı 13° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bahalaşma davam edəcək: Qiymət artımını necə tənzimləmək olar?

CƏMİYYƏT

30 Aprel 2024 | 12:30

Bahalaşma davam edəcək: Qiymət artımını necə tənzimləmək olar?

"Qarşıdakı dövrdə ərzaq məhsullarının bahalaşması davam edəcək".

Bunu ərzaq bazarındakı mövcud vəziyyəti dəyərləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, ərzaq məhsullarına tələbat daima olduğundan, qiymət dəyişiklikləri təbiidir. Ölkə iqtisadiyyatının inkişafı və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər mövcud ərzaq bazarında da fərq yaradır.

"Dövri olaraq ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. İllərarası dövrləri müqayisə etsək, hər il ərzaq məhsullarının qiyməti artıb. Yəni, əhalinin istehlak bazarındakı dəyəri yüksələn xəttlə gedir".

Bəs qiymət artımını necə tənzimləmək olar?

Vüqar Oruc: Dövlət bəzi strateji ərzaq məhsullarının qiymətinin stabil saxlanmasında maraqlıdır

Müsahibimiz hesab edir ki, bahalaşmanın qarşısını inzibati yollarla almaq mümkün deyil. Çünki istənilən bazarın özü qiymətləri tənzimləyir. Bu tənzimləmə tələbata uyğun baş verir.

"Qiymət artımı əsasən ilin sonunda və növbəti ilin əvvəlində qeydə alınır. Bu, enerji daşıyıcılarının qiymətinin artması ilə bağlıdır. Belə ki, ixrac olunan məhsulların gömrük xərcləri, o cümlədən yerli istehsala çəkilən xərclərin artması qiymət dəyişikliyinin əsas səbəblərindən biridir. Sadəcə olaraq dövlət bəzi strateji ərzaq məhsullarının qiymətinin stabil saxlanmasında maraqlıdır. Çünki əhali həmin məhsulları daima istehlak edir. Bu məhsullarının qiymətinin bahalaşması arzuolunan hal olmaz".

Gülşən Şərif


SON XƏBƏRLƏR