• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bakı Metropoliteni"nin yarım milyonluq tenderini kim udub? 

CƏMİYYƏT

31 Iyul 2023 | 11:51

"Bakı Metropoliteni"nin yarım milyonluq tenderini kim udub?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropolitenində istismar olunan 81-760/761, 81-765/766 seriyalı yeni nəsil vaqonlarının və digər müxtəlif yüksək texnoloji elektron cihazlarının, modullarının və platalarının komponent səviyyəsində zəmanətli təmiri və mikrosxemlərinin proqramlaşdırılması işlərinin satınalınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “ROAD-PRO” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 532 min 321 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki ki, sözügedən şirkət “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin bundan əvvəl də keçirdiyi tenderdə qalib elan olunub.

“Bakı metropoliteni” "ROAD-PRO" şirkətilə 14.11.2022-ci il tarixində QSC-nin balansda olan müxtəlif qlobal istehsalçıların PLC və AS-i cihazlarının xətalarının aradan qaldırılması, ayrı-ayrı təyinatlı elektron platalarının mikronəzərətçilərin proqram təminatının bərpası, kiçikölçülü inersial diaqnostika sisteminin tənzimlənməsi işlərinin satın alınması ilə bağlı tenderə görə, 289 min 955 manat və 19.09.2022-ci il tarixində “Bakı Metropoliteni” QSC-nin balansında olan müxtəlif qlobal istehsalçıların ayrı-ayrı təyinatlı elektron gurğularının, bloklarının və elektron platalarının komponent səviyyəsində zəmanətli təmiri işlərinin satın alınması ilə bağlı tenderə görə, 278 min 131 manat dəyərində müqavilə imzalamıb.

Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, bu şirkət ancaq “Bakı metropoliteni”n tenderlərində qalib olub.

1000 manat nizamnamə kapitalı "ROAD-PRO" şirkətinin qanuni təmsilçi Qasımov Ülvi Fikrət oğludur. Şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026