Bakı Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, "Ford Transit" və "Mutsibishi Pick-up" markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı 1 nəfər xəsarət alan var.
















