• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakı və Ankara arasında yeni müqavilə imzalanacaq

SİYASƏT

12 Noyabr 2023 | 22:25 | Müəllif: Subhan Mahmudov

Bakı və Ankara arasında yeni müqavilə imzalanacaq

Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müqavilə imzalanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026