• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakıda 32 dərəcə isti olacaq, rayonlarda isə...

CƏMİYYƏT

14 Iyun 2022 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda 32 dərəcə isti olacaq, rayonlarda isə...

İyunun 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR