• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda bir məktəbdə COVID-19-a yoluxma aşkarlandı - Rəsmi

CƏMİYYƏT

05 Oktyabr 2021 | 14:46 | Müəllif: Subhan Mahmudov

Bakıda bir məktəbdə COVID-19-a yoluxma aşkarlandı - Rəsmi

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir. "Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır" - deyə sorğunun cavabında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026