• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda bu marşrutların hərəkət sxemi dəyişəcək

CƏMİYYƏT

30 Avqust 2022 | 19:18 | Müəllif: Subhan Mahmudov

Bakıda bu marşrutların hərəkət sxemi dəyişəcək

Bakıda 2 müntəzəm marşrutun hərəkət sxemləri alternativ küçələrlə təşkil ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sabah saat 09:00-dan 2 sentyabr saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bildirilir ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Vaqif Ələkbərov küçəsi – Emin Quliyev küçəsi – Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026