• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda dayanacaq problemi və həlli - EKSPERT

CƏMİYYƏT

03 Avqust 2021 | 12:47

Bakıda dayanacaq problemi və həlli - EKSPERT

Bir neçə il əvvəl sərnişinlərin avtobusların neçə dəqiqədən sonra gələcəyini izləməsi üçün dayanacaqlara monitorlar quraşdırılıb. Ancaq, təəssüf ki, hazırda həmin monitorlar sadəcə əşya rolunu oynayır. Belə ki, bir çox dayanacaqda monitorlar işləmir. Əlavə olaraq, bəzi dayanacaqlar elə yerdə quraşdırılıb ki, həm digər maşınların hərəkət intensivliyinə maneə olur, həm də insanlar üçün əlverişli deyil.

Mövzu ilə bağlı nəqliyyat nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakıvaxtı.az-a münasibət bildirib:

“Bakı şəhərində dayanacaqlarda quraşdırılan monitorlara cavabdeh qurum Bakı Nəqliyyat Agentliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidir. Bir neçə il əvvəl dayanacaqlara quraşdırılan həmin monitorların işlək vəziyyətdə olub olmaması və dəqiq məlumat verib verməməsini, təbii ki, həmin qurum mütamadi olaraq nəzarətdə saxlamalıdır. Avtobus dayanacaqları elə yerdə quraşdırılmalıdır ki, həm hərəkətin intensivliyinə meneə olmasın, həm də sərnişinlərə əlçatan olsun. Təəssüf ki, Bakı şəhərində vaxtilə uzun illər bu sahədə özbaşınalıq olub, ictimai nəqliyyatın işi ilə bağlı böyük problemlər olub. Nəinki dayanacaq, heç avtobuslar belə normal qaydada işləməyib. Düşünürəm ki, indi yavaş-yavaş bu məsələ həll edilmək üzrədir. Əminəm ki, yaxın vaxtlarda Bakı şəhərində yeni ağıllı dayanacaqların sayı da artacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026