• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda əl qumbarası tapıldı - VİDEO

CƏMİYYƏT

06 Iyul 2023 | 12:50

Bakıda əl qumbarası tapıldı - VİDEO

Bakıda əl qumbarası tapılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, FHN-in “112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Bakıda əl qumbarası tapıldı - VİDEOBakıda əl qumbarası tapıldı - VİDEOBakıda əl qumbarası tapıldı - VİDEOBakıda əl qumbarası tapıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR