• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - VİDEO - YENİLƏNİB

CƏMİYYƏT

11 Yanvar 2022 | 17:46

Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda aztəminatlı ailələri qəhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gelandewagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

Xatırladaq ki. sosial şəbəkələrdə Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür.

***

15:05

Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür./oxu.az/

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026