• Bakı 10° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB

CƏMİYYƏT

09 Aprel 2025 | 10:24

Bakıda güclü külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB

Aprelin 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.

    Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

    ***

    09:05

    Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib.

    Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.


    SON XƏBƏRLƏR